B-52 bombardmançıları Avstraliya silahlanmasına daxil olub

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ generalı Stefan Uilyams məlumat verib.
Məlumata görə, bu təyyarələr “Genişləndirilmiş Hava Əməkdaşlığı” razılaşmasının tərkib hissəsidir və ABŞ-Avstraliya qüvvələrinin birgə əməliyyat aparmaq bacarıqlarının artırılmasına yönəldilib.
Uilyams qeyd edib ki, B-52-lərin “Darwin” bazasında xidmətə verilməsi ABŞ və Avstraliyaya Sakit Okean regionunda təhlükəsizlik və stabilliyi təmin etmək üçün birlikdə çalışmağa imkan verəcək.
Sevinc Əliyeva