Baba nəvəsini sobaya atıb, yandırdı

Baba nəvəsini sobaya atıb, yandırdı

Sərxoş baba nəvəsini yanan sobaya atıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı life.ru yayıb.

Rusiyanın Omsk vilayətində yaşayan 53 yaşlı kişi nəvəsini qəsdən öldürmək istəyib. Belə ki, nəvəsinin içində şeytan gördüyünü iddia edən kişi körpəni sobaya atıb.

Uşağın nənəsi və qonşular köməyə çataraq uşağı sobadan çıxara biliblər. Onun bədəninin 50 faizindən çoxu yanıb.

Körpənin yatırıldığı xəstəxananın baş həkimi jurnalistlərə açıqlama verərək uşağın vəziyyətinin ağır olduğunu söyləyib. O bildirib ki, uşaq süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, hadisə baş verən zaman uşağın anası evdə olmayıb. O, övladını nənə-babasının yanına qoyaraq işə gedib.

Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

26-04-2019 10:30 - Baku.ws - Hadisə
Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.
Olaylar.az digər xəbərlər