Baba Rzayev səfirlərlə danışıqları davam etdirir

Baba Rzayev səfirlərlə danışıqları davam etdirir

Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. Məlumatı “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzi yayıb.

Məlumata əsasən “TEPSCO” şirkətinin Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Ötən həftə isə “Azərenerji” ASC-nin rəhbəri Türkiyənin Bakıdakı səfiri ilə danışıqlar aparmışdı.

Virtualaz.org

İqtisadiyyat xəbərləri
Virtualaz.org digər xəbərlər