Bağdadda terrorçu özünü partladıb, 8 nəfər ölüb

Bağdadda terrorçu özünü partladıb, 8 nəfər ölüb

Bağdadda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu özünü Mədinət-əs- Sədr rayonunda yerləşən bazarda partladıb.

Qeyd edilir ki, həmin rayonda şiə müsəlmanları yaşayır .

Hadisə xəbərləri
Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu –SİYAHI

10-05-2019 11:41 - Sfera.az - Hadisə







Mayın 8-də axşam saatlarında Xəzər dənizində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
 

Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.


Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.


Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.


Hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, 4 nəfərin isə vəziyyəti sabit ağırdır.


Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib.
Faktor.az digər xəbərlər