“Bakcell” buna görə yüksək nəticə göstərdi

“Bakcell” buna görə yüksək nəticə göstərdi

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin Feysbuk üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb.

Axar.az xəbər verir ki, böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən “Socialbakers” şirkəti 2019-cu ilin I rübündə daxil olan sorğuların “Bakcell” tərəfindən 100%-ni cavablandırdığını qeyd edib.

“Bakcell” şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olub.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

loading...

İKT xəbərləri
Axar.az digər xəbərlər