“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Azərbaycanın ən sürətli mobil şəbəkəsi Formula 1 təqviminin ən sürətli şəhər trekində ən sürətli mobil internet xidmətlərini təqdim edir.

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı ilə əlaqədar olaraq xüsusi hazırlıq işləri görüb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərəcək. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı verilib və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənib.

Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell tərəfindən yarış tamaşaçıları üçün əyləncəli tədbirlər təşkil edilib. Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edəcək. Bundan əlavə, Bakcell özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə Formula 1 yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.

Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan Bakcell şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb. Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, Bakcell Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xaricdən gələn qonaqların və ölkə vətəndaşlarının mobil rabitəyə
aid suallarını cavablandıracaq.

İKT xəbərləri
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.
Yenicag.az digər xəbərlər