Bakı Ağ Şəhərin qərbində yerləşən 28 ha məhəlləsinin şəhərsalma layihələndirilməsi başa çatdı

Bakı Ağ Şəhərin qərbində yerləşən 28 ha məhəlləsinin  şəhərsalma layihələndirilməsi başa çatdı

Bakı Ağ Şəhərin qərbində yerləşən 28 ha məhəlləsinin şəhərsalma layihələndirilməsi başa çatıb.

Metbuat.az xəbər verir ki, Bakı Ağ Şəhər layihəsinin qərb hissəsində yerləşən Nobel prospekti, N.Rəfiyev küçəsi, Babək prospekti və X.Rüstəmov küçəsini əhatə edən ərazinin infrastruktur çatışmazlığı, hündürlük səviyyəsinin kəskin dəyişməsi, dalanlar, parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin 10 yanvar 2018-ci il tarixli 8 saylı sərəncamı çərçivəsində ötən il 28 hektar sahəsi olan bu ərazinin Ağ Şəhərin Baş Planına uyğun olaraq layihələndirilməsi qərarı verilib. Layihələndirmə çərçivəsində xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu müəyyən edilib, Ağ Şəhər Baş Planına əsasən şəhərsalma layihələndirilməsi başa çatıb.

Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilib. Məhəllənin tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılıb, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilib və müfaviq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bakı Şəhər Icra Hakimiyyəti , Bakı Xəbərləri Class , Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi , Babək , Bakı , Rəfiyev Küçəsi , Rüstəmov Küçəsi
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər