Bakı Atatürk Liseyi “Şahin” Hərbi-İdman Yarışlarında birinci oldu – FOTOLAR+VİDEO

Bakı Atatürk Liseyi “Şahin” Hərbi-İdman Yarışlarında birinci oldu – FOTOLAR+VİDEO

Bu gün Bakı şəhəri Nəsimi rayon məktəbləri arasında ənənəvi “Şahin” Hərbi-İdman Yarışı keçirilib.

Turkustan.info xəbər verir ki, Nəsimi Rayon Gənclər və İdman İradəsi tərəfindən təşkil olunan marafona rayonun 24 məktəbi qatılıb. Hərbi geyimli məktəblilər bir sıra vəzifələri icra ediblər. Fəxri keçid, avtomat güllələrinin sürətlə darağa yığılması, qısa məsafəyə qaçış kimi tapışrıqlarda komandalar öz güclərini sınayıblar.

Yarışmanın sonuclarına görə Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Lisesi ən yaxşı nəticələr göstərərək Birinci yeri tutub.

Liseyin birinci yeri qazanması haqda Fəxri Diplom liseyin müəllimi, təmsilçi heyəti yarışmaya hazırlamış Vilayət Qurbanova təqdim olunub.

Uğur qazanmış şagirdləri təbrik edən Liseyin müdiri Eylem Gültekin liseyin adını zirvəyə qaldırdıqları üçün onlara təşəkkürlərini çatdırıb.

Siyasət xəbərləri
Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili”

Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili”

19-04-2019 17:35 - Modern.az - Siyasət
Modern.az xəbər verir ki, konfransda Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Zəngilan rayon 33 nömrəli köçkün tam orta məktəbi, Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi, Bakı şəhəri 221 nömrəli tam orta məktəb, Şamaxı şəhər A.Alıxanov adına Sabir qəsəbə tam orta məktəbi, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Bakı şəhəri 10 nömrəli tam orta məktəb, Bakı şəhəri 27 nömrəli tam orta məktəb, Bakı şəhəri 129 saylı tam orta məktəb, Bakı şəhəri 167 saylı tam orta məktəb, Ankara Məktəbi məktəb-liseyi, Bakı Türk Anadolu liseyi, Bakı Dövlət Universiteti (BDU) nəzdində Gənc İstedadlar liseyi, Bakı “SABİS SUN” Beynəlxalq məktəbi, Saray qəsəbəsi 1 nömrəli məktəb, Bakı şəhəri 257 saylı tam orta məktəb, direktor, müəllim və şagirdləri, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, İstanbul Yıldız Texnik Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Universitetin Cəlilabad filialı, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Slavyan Universiteti, Bakı Turizm Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Turkustan.info digər xəbərlər