Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sərnişinlər üçün yeni xidmət

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sərnişinlər üçün yeni xidmət

Bakı, 10 may, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlər üçün yeni xidmət istifadəyə verib.

Kompleksdən AZƏRTAC-a bildirilib ki, bir neçə müddət əvvəl fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla pulsuz daşıya bilərlər. Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən yararlanması üçün yerinə qoymaları xahiş olunur. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə istifadə edə bilər. Hazırda 20 araba mövcuddur və bir neçə günə sayı artırılacaq.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər