“Bakı Dövlət Universitetinin tarixi” adlı kitab nəşr olunacaq

“Bakı Dövlət Universitetinin tarixi” adlı kitab nəşr olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun "Bakı Dövlət Universitetinin tarixi" adlı tədqiqatı nəşrə hazırlanır. Tədqiqat bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunub.

Olaylar.az bildirirki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində aparılan tədqiqat işində universitetin yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlar, Cümhuriyyət Parlamentinin qanun layihəsi, 1920-ci il aprel işğalından sonra universitetin fəaliyyəti araşdırılır.

Universitetin adının 1922-ci ildə dəyişdirilməsi, tədris həyatı, fakültə quruculuğu, pedaqoji kadr hazırlığı, eləcə də 1991-ci ildən sonrakı fəaliyyəti arxiv sənədləri əsasında tədqiq edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər