Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.

Açar sözlər
Günay Həbib , Bakı Metropoliteni
İqtisadiyyat xəbərləri
“ATƏŞGAH SIĞORTA”DA NƏ BAŞ VERİR? - Ziyanla işləyən şirkətin fəaliyyətinə qadağa qoyulur

“ATƏŞGAH SIĞORTA”DA NƏ BAŞ VERİR? - Ziyanla işləyən şirkətin fəaliyyətinə qadağa qoyulur

13-04-2019 20:14 - Azpolitika.info - İqtisadiyyat
Palatanın açıqlamasında deyilir ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.
Sonxeber.az digər xəbərlər