"Bakı Polad Burazlar"ın gəliri və xalis mənfəəti artıb

"Bakı Polad Burazlar"ın gəliri və xalis mənfəəti artıb

"Bakı Polad Burazlar" ASC 2018-ci ili 79 min 574 manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 22,4% çoxdur. ASC 2017-ci ili 64 min 989 manat xalis mənfəətlə bağlamışdı.

"Marja" ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə "Bakı Polad Burazlar"ın əsas əməliyyat gəliri 30,4% artaraq 804 min 740 manat təşkil edib.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

Ötən il ASC-nin cəmi xərcləri 705 min 270 manat təşkil etdiyindən 99 min 468 manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 19 min 893 manat mənfəət vergisi ödənilib.

"Bakı Polad Burazlar" ASC burazların (tros) istehsalı ilə məşğul olur.“Bakı Polad Burazlar” zavodun illik istehsal gücü 11 000 tondur.

“BAKI POLAD BURAZLAR” ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı

Açar sözlər
Bakı
İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər