Bakı sakini küçədə ov tüfəngi ilə başqasını hədələdi –Polis saxladı
Bakı sakini küçədə ov tüfəngi ilə başqasını hədələdi –Polis saxladı
Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etydiyini görərək dərhal ora yaxınlaşıblar.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun Bakı şəhər sakini C.Quliyev olduğu müəyyən edilib.
Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.
Araşdırma aparılır.