Bakı sakini ov tüfəngi ilə "razborka"ya çıxdı

Bakı sakini ov tüfəngi ilə "razborka"ya çıxdı
26 Aprel 2019 [11:52]

Aprelin 25-də saat 12 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları xidmət apardıqları Ş.Səmədov küçəsində evlərin birinin qarşısında iki nəfərin uca səslə mübahisə etydiyini görərək dərhal ora yaxınlaşıblar.

DİN Mətbuat XidmətindənMia.az-a verilən məlumata görə, bu zaman birinin digərini ov tüfəngi ilə hədələdiyindən polis əməkdaşları həmin şəxsi saxlayaraq 34-cü Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla onun Bakı şəhər sakini C.Quliyev olduğu müəyyən edilib.

Ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Araşdırma aparılır.

Hadisə xəbərləri
Mia.az digər xəbərlər