Bakı sakinindən saxta əsginaslar götürülüb

Bakı sakinindən saxta əsginaslar götürülüb

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Trend.az digər xəbərlər