Bakı sakinindən saxta əskinaslar götürülüb

Bakı sakinindən saxta əskinaslar götürülüb

Bakı şəhər sakinində saxta əskinaslar aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər