Bakı Şəhər Halqasından QƏZA AÇIQLAMASI

Bakı Şəhər Halqasından QƏZA AÇIQLAMASI
16:41 26 Aprel 2019Bakı Şəhər Halqası bu gün Formula 1 bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəza ilə bağlı açıqlama yayıb.
Əməliyyat Şirkətindən Femida.az-a verilən məlumata görə, açıqlamada bildirilir ki, bu gün keçirilən 2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub:
"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir.
Trekdə olan 300-dən çox lyuk təkrar yoxlanılıb və növbəti yarış sessiyasına start verilib".
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
Femida.az
Oxunub: 58
Oxşar xəbərlər
- “Formula”da bolid iki nəfəri vurdu - VİDEO
- Formula 1 ərəfəsində Bakıdakı hotellərin 90-95 faizi dolub
- Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
- Nazirlik “Formula 1”ə görə məktəblərə təlimat göndərib
- Bu gündən bulvarın bir hissəsinə giriş bağlanır - 5 günlük
- “Formula-1"-ə görə bu məktəblərdə dərs olmayacaq
- “Azərenerji” və ”Azərişıq” da Formula 1-ə hazırdır
- Bakının mərkəzi küçələri bağlandı
- Formula 1-ə görə baglanacaq yolların SİYAHISI
- Formula 1-də himnimizi onlar oxuyacaq