Bakı Şəhər İcra Hakimiyyəti:"Bəstəkar Süleyman Ələsgərovun adı Kiçik Dəniz küçəsinə verilib"


Bakı Şəhər İcra Hakimiyyəti:"Bəstəkar Süleyman Ələsgərovun adı Kiçik Dəniz küçəsinə verilib"

Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı Bakının Nəsimi rayonunda əvvəllər Kiçik Dəniz küçəsi adlananküçəyə verilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, həmin küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yaxınlığındadır.

Qeyd edək ki, martın 1-də Prezidentİlham Əliyevvə birinci xanımMehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.

Mədəniyyət xəbərləri
Strateq.az digər xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

26-04-2019 15:33 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.