Bakı Şəhər Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib

Bakı Şəhər Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib

Mayın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyiişə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinəmediatur təşkil edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, mediaturda BŞTİ-nin müdiri Rəşad Tağıyev,İdarənin struktur bölmə rəhbərləri və KİV nümayəndələriiştirak ediblər.

İmtahanların gedişi prosesi ilə tanış olanBŞTİ-nin müdiri Rəşad TağıyevKİV nümayəndələriilə görüşüb. İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.R.Tağıyev BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindətəlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbulun 5 ildirmüsabiqə qaydasında həyata keçirildiyini bildirib.BŞTİ-nin müdiri qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən2 647 namizədinhttp://musabiqe.baku.edu.az/portalı vasitəsilə qeydiyyatdan keçdiyini və müsabiqənin növbəti (test imtahanı) mərhələsinə buraxıldığını nəzərə çatdırıb.

Media təmsilçiləriimtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, mayın 6-dan start verilən işə qəbul üzrə imtahanlar çərçivəsində laborant, kitabxanaçı vəuşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini,tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı),gənclərin çağırışaqədərki hazırlığı rəhbərivə psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər