Bakı-Sumqayıt şossesində sükan arxasında yuxulayan sürücü qəza törədib - VİDEO

Bakı-Sumqayıt şossesində sükan arxasında yuxulayan sürücü qəza törədib - VİDEO

Bakı-Sumqayıt şossesində sürücü avtomobilini yolayırıcı dəmirə çırpıb.

ONA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində baş verib.

Elvin Abidinov idarə etdiyi “Daewoo” markalı atomobildə qəfildən yuxuya gedib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Avtomobil deformasiyaya uğrasa da, sürücü xəsarət almayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Açar sözlər
Elvin Abidin , Daewoo , Abşeron , Xırdalan , Xəsarət
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər