Bakı trassı “Formula 1”in temperamentini artırıb

Bakı trassı “Formula 1”in temperamentini artırıb

Əli Kərimli müxalifətin bədxassəli və öldürücü şişidir

Azərbaycanda növbəti böyük beynəlxalq tədbir keçirilir və yenə də əvvəllər üzləşdiyimiz xalqa və dövlətə qarşı növbələşərək güclənən və zəifləyən mənəvi-psixoloji təzyiq, şiddət edərək bütün vasitələrlə hücuma keçildiyi açıq-aydın göz önündədir. Bu təzyiqlərin ideoloji mərkəzi ölkə xaricində olsa da, mübarizə formalarında xarici elementlərlə yanaşı daxili qüvvələrdən də istifadə cəhdləri sözsüz ki, mövcuddur və müxalif qüvvələrdən istifadə olunması təəssüf ki, sınaqdan çıxmış bir metoddur. Əgər bundan əvvəlki beynəlxalaq tədbirlərin Azərbaycanda keçirildiyi dövrləri analiz etsək, görərik ki, istər “Eurovision” mahnı müsabiqəsi, istər I Avropa Oyunları, istər İslam Həmrəyliyi Oyunları, istərsə də digər beynəlxalq mədəni-humanitar, iqtisadi-siyasi tədbirlər ərəfəsində dövlətimizə və xalqımıza qarşı müəyyən aksiyalar həyata keçirilmişdi. Hətta “Eurovision” mahnı müsabiqəsi zamanı terror aktları həyata keçirəcəyi, yaxud digər tədbirlərdə baykot və sairə pozuculuq cəhdləri olmuşdur ki, bunları artıq hamı bildiyi və pozuculuq cəhdlərinin texnoloji və taktiki mərkəzlərinin xaricdə mövcudluğu faktı açıq-aşkar olduğu üçün bunun üstündə dayanmaq fikrimiz yoxdur. Sadəcə, bu, pozuculuğa daxili qüvvələrdən istifadə olunması təəssüf doğuran hal olsa da, bu faktın üzərində dayanacağıq.

Necə olur ki, Azərbaycanın əleyhinə açıq fəaliyyət göstərən, hətta ölkəmizə antipatiyasını gizlətməyən xarici qüvvələrlə daxildəki özünü müxalif adlandıran bəziləri müxtəlif məkanlarda, lakin eyni ittiham və eyni taktika ilə eyni mövqedən çıxış edirlər?

Əvvəla sualı belə qoyaq: Beynəlxalq tədbirlər, indiki halda "Formula-1" yarışları Azərbaycana nə verir? Və yaxud Avropa futbol çempionatının Azərbaycanda keçiriləcək oyunları nəyin nəticəsi və nəyin göstəricisidir?

"Formula-1" yarışı 1950-ci ildən bəri dünyanın bir çox ölkələrində, o cümlədən, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Avstriya, Avstarliya, Macarıstan, Bolqarıstan, Çin, Sinqapur, Bəhreyn və s. kimi ölkələrin ən inkişaf etmiş şəhərləri ilə yanaşı qeyd etməyi vacib hesab edirəm ki, keçmiş SSRİ məkanını əhatə edən, hazırda müstəqil dövlətlət olan respublikalar arasında yeganə olaraq Azərbaycanın Bakı şəhərində keçirilmiş, Bakı trassı bu yarışa xüsusi gərginlik və temperament gətirmişdir. Xəzərin sahilində Bakı tarssının gözəlliyi və tempramenti bu yarışa xüsusi həyəcan qatmaqla dünyada ən çox izlənilən - 500 milyonluq auditoriyanı vizual olaraq Bakıya gətirir və ya əksinə, Azərbaycan paytaxtını dünyaya təqdim edir. Eyni zamanda, o da vacib olaraq nəzərə alınmlalıdır ki, bu auditoriya ekzotikadan və temperamentdən zövq almağı sevən elitar auditoriyadır və bu auditoriya mədəniyyətə, iqtisadiyyata, elmə və siyasətə yaxın olan əsasən, intellektual cəmiyyətdən təşkil olunmuşdur. Əgər "Formula-1" avtomobil yarışları əhəmiyyətsiz beynəlxalq mədəni idman tədbiri olsaydı, şübhəsiz ki, adlarını qeyd etdiyimiz inkişaf etmiş ölkələr bu yarışların öz şəhərlərində təşkil olunmasına can atmazdılar. Digər tərəfdən bu və ya digər beynəlxalq tədbirin-idman yarışının bir ölkədə və şəhərdə keçirilməsi üçün əlverişli şərait və vacib beynəlxalq şərtlər, beynəlxalq tədbirin keçirilməsi üçün beynəlxalq standartlar mövcud olmalıdır. Bu tədbirlər Azərbaycanın milli və müasir mədəniyyətini dünyaya təqdim etməklə yanaşı cəmiyyətin mənəvi-mədəni inkişafına da töfhələr verir. Dövlətə isə cari və perspektiv planda siyasi və iqtisadi divident gətirir. Yarışlarda iştirakçı və tamaşaçı qismində dünyanın müxtəlif yerlərindən gələn insanlar ölkəmizin iqtisadi, mədəni, mənəvi-psixoloji həyatına töfhələr verərək həm də bizim təbliğat daşıyıcımıza çevrilir. İstənilən halda təəssürat daşıyıcısı olaraq istər-istəməz təbliğatçımız olur. Bu yarışların Azərbaycanda keçirilməsi bizim infrastrukturun dünya standartlarına uyğunlaşmasını zəruri etməklə yanaşı, cəmiyyətin də dünya mədəniyyət standartlarına yüksəlməsinə şərait yaradır. Ölkəmizə daxil olan hər bir xarici vətəndaşın - turistin girişindən çıxışına qədər bütün məntəqələrin, xidmət sahələrinin, ünsiyyətdə olduğu dövlət və qeyri-dövlət qurumlarının beynəlxalq standarta uyğunlaşmasını həm zəruri edir, həm də belə beynəlxalq tədbirlər yüksək dünya standartlarının göstəricisidir. Belə tədbirlərin, iqtisadi, mədəni, mənəvi faydası ilə yanaşı dövlətin siyasi nüfuzunun da artmasına Azərbaycan vətəndaşının ölkədə və ölkədən xaricdə ləyaqət və qürur hissinin yüksəlməsinə ciddi təsir göstərir. Qeyd etdiyimz kimi, beynəlxalq tədbirlərin keçirilməsində yüzlərlə xalqlardan və dövlətlərdən irəlidə olmağımız dövlətin və vətəndaşın dünyada nüfuzunun və qürur, ləyaqət hissinin yüksəlməsinə böyük təsir göstərir. İqtisadi faydalarını da əlavə etsək qeyd etdiyimiz kimi, cari və perspektiv planda iqtisadi və mənəvi qazancımızı görməmək təkcə ədalətsizlik deyil, qərəz və Azərbaycan əleyhinə xaricdə mənbələşən texnoloji mərkəzlərə qulluğun göstəricisidir. Dünyanın və Avropanın inkişaf etmiş dövlətləri "Formula-1" avtomobil yarışını keçirir, Avropa və dünya futbol çempionatlarına və digər beynəlxalq yarışlara ev sahibliyi edir və etmək uğrunda ciddi mübarizə aparırlar, Azərbaycan isə müxtəlif sahələrdə dünya standartlarını ölkəmizdə tətbiq edir və belə yarışlara ev sahibliyi qazananda bəzi xarici antipartiyaların və bəzi daxildə özünü müxalif elan edənlərin tənqid, hədə və şantajına məruz qalır?

Bəs necə olur ki, Azərbaycanın əleyhinə açıq fəaliyyət göstərən, hətta ölkəmizə antipatiyasını gizlətməyən xarici qüvvələrlə daxildəki özünü müxalif adlandıran bəziləri müxtəlif məkanlarda, lakin eyni ittiham və eyni taktika ilə eyni mövqedən çıxış edirlər? Açıq-aşkar ortada olan bu fakt Azərbaycan sevgisindənmi irəli gəlir?

Əvvəla, müxalifət nədir və müxallif kimdir?

Əslində, normal müxalifətin çox vaxt iqtidardan daha inamlı və təsirli mövqeyi olmalıdır. Çünki müxalifətin heç bir cavabdehlik daşımadan, heç bir rəsmiyyətə məsul olmadan siyasi-iqtisadi, ideoloji iş aparmaq və tənqid etmək imkanı var. Çünki iqtidar mövcud şərait və mövcud situasiyada dövlətin müxtəlif sahələr üzrə siyasətini yürütmək və həyata keçirmək, xalqın mənafeyinə uyğun olaraq beynəlxalq və yerli şəraitləri nəzərə alaraq dövləti idarə etmək zorundadır. Müxalifət isə bu şərtlərdən azaddır və onun tənqid etmək imkanları daha genişdir. Yalnız bu tənqid və rəqabət taktiki və perspektiv intellektual konsepsiyaların rəqabəti olarsa iqtidarın və müxalifətin həm güclənməsinə səbəb olar, həm də onların intellektual gücünün göstəricisinə çevrilər. Lakin Azərbaycanda bu qətiyyən müşahidə olunmur. Çünki iqtidar çox güclüdür və çox çevik siyasət yürüdür. Bu həm daxili həm də xarici siyasətdə özünü göstərir. İntellektual rəqabətdən, konsepsiyaların alternativindən isə söhbət gedə bilməz. İstər iqtisadi, istər sosial, istər mədəni-humanitar siyasətin həyata keçirilməsində, yaxud beynəlxalq siyasi-iqtisadi cari və perspektiv layihələrin reallaşdırılmasında iqtidar elə çevik manevrlər edir ki, müxalifət nəinki intellektual konsepsiyalar ortaya qoya bilmir, heç bu barədə fikirləşməyə vaxtı, gücü və imkanı çatmır. Yəni, iqtidar və müxalifətin güc nisbətini çəki ölçü vahidi ilə hesablamağı təsəvvür etməyə çalışsaq bu, təxminən on ton ilə bir qramın nisbəti kimi müqayisə oluna bilər. Bəs intellektual rəqabətin, alternativ konsepsiyaların olmadığı yerdə ortaya nə çıxır?

Əli Kərimlini bir neçə küçədə hərəkətin məhdudlaşdırılmasından müxalifətçilikdə istifadə etməyə ruhlandıran nədir?

Qeyd olunduğu kimi iqtidar çox güclüdür və çevik siyasət həyata keçirir. Ona görə də, xalqın böyük dəstəyini əldə etməyi bacarır, müxalifət isə əksinə, xalqdan dəstək ala bilmir və sosial bazası yoxdur. Lakin demokratik cəmiyyətlərə xas olaraq müxtəlif siyasi baxışların müxtəlif ideologiyaların fəaliyyəti üçün hüquqi baza və şərait mövcuddur və təəssüf ki, özünü müxalif elan etməklə sanki bu postu ələ keçirmək uğrunda bütün üsullardan istifadə edərək iqtidara yox, dövlətə müxalif olmaq kursunu tutan qüvvələr əslində real, intellektual müxalifətin yetişməsinə imkan vermirlər. Burada sözsüz ki, keçən əsrin 90-cı illərində mövcud olan müxalifətin zəifləyərək yox olmasında Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, təcrübəsi və uzaqgörən siyasəti ilə güclü dövlət, çevik iqtidar yaranması və Prezident İlham Əliyevin başarı ilə bu siyasəti inkişaf etdirərək xalqın mütləq əksəriyyətinin rəğbətini və dəstəyini qazana bilməsi, xarizmatik lider keyfiyyətləri, peşəkarlığı və təcrübəsi obyektiv amillərdirsə, müxalifətin xarakterik xüsusiyyətlərindən doğan nəticə subyektiv amil kimi dəyərləndirilə bilər. Bu mövzuda çox dayanmadan bugünki beynəlxalq tədbiri "Formula-1" avtoyarışlarını "tənqid" atəşinə tutan Əli Kərimlinin müxalifətçiliyini analiz etməklə müxalifliyin bugünkü mənsərəsini yaratmağa çalışaq. Artıq deyildiyi kimi, əslində "Formula-1" avtoyarışı bu tipli digər tədbirlər kimi hər bir inkişaf etmiş dövlətin öz gözəl və buna texniki-infrostruktur imkanı olan şəhərlərində keçirmək istəyinə daxildir və bu prosesdən divident qazanırlar, Azərbaycan da o cümlədən. Bəs Əli Kərimlini bir neçə küçədə hərəkətin məhdudlaşdırılmasından müxalifətçilikdə istifadə etməyə ruhlandıran nədir?

Əvvəla qeyd edək ki, heç də uzaq tarix deyil, keçmiş iqtidarın dövründə nəinki Bakının bir neçə küçəsində üç-dörd günlük hərəkət məhdudlaşdırılmasından söhbət gedir, hətta Azərbaycanın bütün coğrafiyasında hərəkət məhdudlaşmışdı. Bir tərəfdən Cəlilabadda post qurulmuşdu, “Talış Muğan Respublikası” yaratmaq istəyirdilər, digər tərəfdən Şimalı ayırmaq siyasəti gedirdisə Qarabağda da müharibədə ərazilər itirilirdi, ölkədə vətəndaşlar bir rayondan digərinə gedə bilmirdilər, hər an hansısa silahlı dəstəyə rast gəlmək mümkün idi. Ölkə parçalanmışdı, idarəolunmaz başıpozuq silahlı dəstələr tərəfindən cəmiyyətin həyatına, idarə olunmasına müdaxilə edildiyi kimi, dövlətin və ölkənin də idarə olunmasında silahlı güc nümayişi öz təsirini göstərirdi və vətəndaş müharibəsi, ölkənin parçalanması prosesi başlanmışdı. Belə vəziyyətdə dövlət idarəçiliyini qoyub qaçan kəsin bugünkü stabil inkişaf xətti tutan sabitliyin və müstəqil dövlətçiliyin möhkəmləndiyi və dönməz xarakter aldığı güclü Azərbaycanın dünya standartına uyğun beynəlxalq tədbirlər keçirməsini tənqid etməsi ən yumşaq ifadə etsək, əxlaq və mənəviyyatdan kənar ədalətsizlikdir. Əslində həm müxalifətdəki ətrafında, həm cəmiyyətdə Əli Kərimlinin rəhbərliyi ilə təbliğ olunan və həyata keçirilən təhqir, böhtan kampaniyası cəmiyyətin mənəvi deqradasiyasına hesablanmış mənəvi terrordur ki, bu da ölkə xaricindən xalqımıza qarşı aparılan müharibə metodlarından biridir. Bu müharibə metodu üçün Əli Kərimlinin seçilməsi də təsadüfü deyildir.

Təhqir, söyüş və şantaj taktikasından başqa bir variantla müxalifətçiliyi bacarmayan Əli Kərimlinin yanında nə üçün əvvəlki mübarizə yoldaşlarından və ya belə deyək ki, əqidədaşlarından bir nəfər də yoxdur?

Azərbycanda müxalifətinin parçalanaraq zəifləməsi və məhv olmasının əsas subyektiv amili-bədxassəli öldürücü şişi Əli Kərimlidir. Elçibəyin vaxtında az-çox gücü görünən qədər söz birliyi, müəyyən milli-mənəvi dəyərlərə hörmətlə yanaşan və sıralarında müəyyən alim və ziyalılardan ibarət intellektə malik olan müxalifətin məhvinə, özünə hörmət edən ziyalıların müxalif düşərgədən uzaqlaşmasına səbəb də elə Elçibəyin yanında formalaşan sonra əvvəlcə onun partiyasını və bütün müxalifəti parçalayıb məhv edən Əli Kərimli mənfi enerji faktorudur. O bütün mənfi enerjisini istifadə edərək əvvəlcə "Yurd" birliyi yaradaraq cəbhəçiləri parçaladı, sonra enerjisini İsa Qəmbərlə mübarizəyə yönəltdi, (bu proses indi də aktiv şəkildə davam edir) sonra Mirmahmud Fəttayevi sıradan çıxarmağa yönəltdi, sonra yurdçular, ziyalı və öz şəxsiyyətinə hörmət edən insanlar bu iyrənclikdən uzaqlaşaraq parçalandılar, Asim Mollazadə, Fazil Mustafayev, Qüdrət Həsənquliyev,

Əliməmməd Nuriyev və demək olar ki, bütün cəbhəçilər bu mənfi enerjidən iyrənərək, bu xəstə təxəyyüldən uzaq real ictimai-siyasi fəaliyyətə üstünlük verdilər. Daha bir maraqla sual ortaya çıxır: Təhqir, söyüş və şantaj taktikasından başqa bir variantla müxalifətçiliyi bacarmayan Əli Kərimlinin yanında nə üçün əvvəlki mübarizə yoldaşlarından və ya belə deyək ki, əqidədaşlarından bir nəfər də yoxdur?

Əli Kərimlinin üzündə eqosunu reallaşdırmaq imkanı olmayan, təhqir edilmiş kəsin böyük miqdarda yığılmış mənfi enerjisi aydın görünür. O, daxili istək və ehtirası ilə mövcud reallığın tərs-mütənasibliyindən yaranmış mənfi enerji mənbəyidir ki, bundan da ətrafa yalnız mənfilik yayıla bilər. Onun intellektual rəqabət aparmaq imkanından məhrum olmuş, yalnız qəzəb, qısqanclıq, şantaj və təhqir mənbəyi kimi həm ətrafa, həm müxalifətə, həm də cəmiyyətə mənfi-psixoloji zərbə vurmaq keyfiyyəti və bacarığı şübhəsiz ki, xarici texnoloqların da diqqətindən yayınmır və iddiasının reallaşması üçün heç bir müqəddəs kriteriyası olmayan, qeyri-məqbul bütün vasitələrə əl ata bilən kəs kimi qiymətləndirilir. Əli Kərimli isə bu xüsusda öz postunu kiməsə güzəştə getməyə hazırlaşmır. Məhz onun keçmiş və indiki fəaliyyəti və müxalifətin mənəvi aşınmasının əsas səbəbi olan epidemiya mənbəyinə çevrilməsi bu psixoloji faktora söykənir.

Bir daha mövzuya başqa prizmadan baxaraq demək olar ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və bu istiqamətdə həyata keçən dövlət siyasəti ölkədə beynəlxalq standartları və bu standartlara cavab verən infrastrukurun mövcudluğunun və inkişafının göstəricisi olmaqla sabitliyin və inkişafın təsdiqidir ki, Beynəlxalq təşkilatlar da bunu real qiymətləndirməsələr Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinə razılıq verməzdilər və bu tədbirlər perspektiv planda isə Azərbaycanın siyasi, iqtisadi, turizm və təbliğatı inkişafını və nüfuzunu stimullaşdırır. Beynəlxalq tədbirlər keçirilən bütün şəhərlərdə hansısa küçədə hərəkət mədudlaşıdırır. Bundan müxalifətçilikdə istifadə etmək cəhdi əslində o müxalifətin ciddi arqumentsizliyi və zəifliyinə dəlalət edir.

"Region" Analitik İnformasiya Mərkəzi”

"Səs" qəzetinin sifarişi əsasında

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər