“Bakı Ürək Günləri” 6-cı beynəlxalq konqres keçiriləcək

“Bakı Ürək Günləri” 6-cı beynəlxalq konqres keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 7-9 iyun 2019-cu il tarixlərdə Fairmont oteldə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 6-cı Beynəlxalq Konqresini təşkil edəcək.

Milli.Az audcc.org.az-a istinadən xəbər verir ki, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri" 6-cı Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Bundan başqa "Bakı Ürək Günləri" 6-cı Beynəlxalq Konqresi ilə birgə Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyətinin 15-ci Konfransı da təşkil olunacaq.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirdi ki, əvvəlki Konqreslərdə olduğu kimi, bu dəfə də Azərbaycandan və xarici ölkələrdən iştirakçılar www.bakuheartdays.az saytında elektron qeydiyyatdan keçə, eyni zamanda məqalə və tezislərini elektron formada göndərə biləcək.

"Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Avrasiya Ürək və Damar Cərrahları Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində bu təşkilatın 15-ci Konfransı da Bakıda keçiriləcək."

Prof. Kamran Musayev onu da bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının iclasında "Bakı Ürək Günləri" 6-cı Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 24 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 Kredit balının 24-nü toplaya bilərlər.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir "Bakı Ürək Günləri" Beynəlxalq Konqresini təşkil edir.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.
Metbuat.az digər xəbərlər