Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...

Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...

Qarabağ Seyid Ocaqları İctimai Birliyinin rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli ailəsi ilə birlikdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri ilə görüşü zamanı təqdirəlayiq təşəbbüs irəli sürüb.


Bu barədə

Moderator.az-a açıqlamasında Birlik rəhbərinin özü məlumat verib.

“Şəhid ailələri ilə səmimi görüş zamanı paytaxtımız Bakının və Azərbaycanın digər böyük şəhərlərinin körpü və keçidlərinə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən 1-ci Qarabağ savaşı və Aprel döyüşlərində həlak olmuş oğul-qızlarımızın adlarının verilməsini təklif etdim. Təbii ki, belə halda həmin obyektlər üzərində şəhidlər haqqında xatirə lövhələri də quraşdırılacaq, eləcə də şəhər və bölgələrimizdəki yol göstəricilərində, internet və naviqasiya sistemlərində və s. onların adları əks olunacaq. Və bu da ölkə vətəndaşlarının hafizəsində, yaddaşında qəhrəman övladlarımızın adlarının həkk olunmasında önəmli rol oynayacaq. Nəticədə belə bir addımın atılması həm şəhidlərimizin müqəddəs ruhlarına böyük ehtiramın təcəssümü olacaq, həm də gənc nəslə vətənpərvərlik hissinin aşılanması sahəsində böyük rol oynayacaq”-deyə Seyid Camal bildirib.

Qarabağ Seyid Ocaqları rəhbərinin sözlərinə görə, bu təklif görüşdə iştirak edən şəhid ailə üzvləri tərəfindən rəğbətlə qarşılanıb və onların bir çoxunu duyğulandırıb.


Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər