“Bakı yaxın illərdə Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia etməyi planlaşdırmır”

“Bakı yaxın illərdə Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia etməyi planlaşdırmır”

Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək

ONA-nın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

O bildirib ki, 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd olan Azərbaycan növbəti cəhdi planlaşdırmır.

“2016 və 2020-ci illərdə bizim iki cəhdimiz olub. Biz bütün yolu qət etmişik, lakin sonda qısa siyahıya düşməmişik. Bizim əsas problemimiz idman obyektləridir. Yaxın gələcəkdə Bakının namizədliyinin verilməsi ilə bağlı planlarımız yoxdur”, – deyə nazir vurğulayıb.

loading...

İdman xəbərləri
Pia.az digər xəbərlər