Bakıda 10 yaşlı qızı maşın vurdu

Bakıda 10 yaşlı qızı maşın vurdu

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun 2-ci mədən, korpus 170, ev 10 ünvanında qeydə alınıb.

2009-cu il təvəllüdlü Əliyeva Bahar Azər qızını həyətlərində "Mercedes" markalı avtomobil vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə xəbərləri
Publika.az digər xəbərlər
Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

09-05-2019 16:59 - Publika.az - Mədəniyyət
Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq.