Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı - VİDEO

Bakıda 12 avtomobili əzən "Gelandewagen" sürücüsü saxlanıldı - VİDEO

Bakının Binəqədi rayonu ərazisində12 avtomobili əzən "Gelandewagen"markalı avtomobilin sürücüsü müəyyən edilib.

Trendin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər