Bakıda 2 avtomobil toqquşub, ölən var

Bakıda 2 avtomobil toqquşub, ölən var

Bakının Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Xəsarət alan hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilmiş, N.Məmmədov orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

loading...

Açar sözlər
Natiq Məmmədov , Azad Orucov , Daxili Işlər Nazirliyi , Suraxanı Rayon Polis Idarəsi , Bakı , Suraxanı , Xəsarət
Hadisə xəbərləri
Pia.az digər xəbərlər