Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək

Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək

Aprelin 23-də Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyasından "OLAYLAR"-a bildirilib ki, "Qlobal Sağlamlıq hamı üçün" şüarı altında gerşəkləşdiriləcək bu tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosasiyası , turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər
FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir

19-04-2019 14:06 - Olaylar.az - Siyasət
Nazirlikdən "Olaylar"a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 31.05.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Xaçmaz şəhərində, FHN-in Şimal Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Lənkəran şəhərində, FHN-in Cənub Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.30 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Yevlax şəhərində, FHN-in Aran Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Ağdaş, Goranboy, Kürdəmir, Zərdab, Ucar, Göyçay rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.