Bakıda 5 dövlət qurumu qərargah yaratdı: Tıxac olan yerlərdə vəziyyəti tənzimləyəcək


Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək: "Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb. Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar. İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanılıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək".

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.


Siyasət xəbərləri
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.
Teleqraf.com digər xəbərlər