Bakıda 52 yaşlı kişi intihar etdi

Bakıda 52 yaşlı kişi intihar etdi

Bakı sakini intihar edib.

AZXEBER.COM xəbər verir ki, paytaxtın Səbail rayonunda 52 yaşlı Elmar Hacıyev özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri araşdırılır.

Açar sözlər
Elmar Hacıyev , Bakı , Səbail
Hadisə xəbərləri
Yediyimiz toyuqların kəsim yerindən – İyrənc mənzərə

Yediyimiz toyuqların kəsim yerindən – İyrənc mənzərə

25-04-2019 22:04 - Panorama.az - Hadisə
Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib.
 
 
 
 Bu barədə qurumun mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.
 
 
 Verilən məlumata görə, baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
 
 
 Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb.
 
 
 Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.
 
 
 Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.
 
 
 Emal sahəsində araşdırmalar davam edir.
Azxeber.com digər xəbərlər