Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.


Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.


Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.


Faktla bağlı cinayət işi başlanıb.

Açar sözlər
Abasov Ismayıl , Zaur Əli , Bakı , Xətai , Nərimanov
Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər