Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisə xəbərləri
Unikal.org digər xəbərlər