“Bakıda ağaclar kəsilir, niyə səsiniz çıxmır?” - Rəsim Musabəyova sərt suallar


“Bakıda ağaclar kəsilir, niyə səsiniz çıxmır?” - Rəsim Musabəyova sərtsuallar

Milli Məclisin deputatı Rasim Musabəyovun etirazı və müdaxiləsi ilə "Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan yeniyetmənin işindən kənarlaşdırılması ilə bağlı müzakirələr bitmir.

Cebhe.info xəbər verir ki, bu dəfə məsələyə “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev münasibət bildirib. Ekspert deputata bir neçə sual ünvanlayıb:

“Deputat Rasim Musabəyovun “Azneft”-də popkorn satan yeniyetməni oradan qovdurması və həmin yeniyetmənin deputata məktubunu oxudum.Gözlərim doldu, əllərim titrədi, bədənim əsdi, bir xeyli vaxt şüursuz vəziyyətə düşdüm. Sonra ayıldım və bir neçə sualın cavabı məni düşündürür. Rasim bəy, şəhərin gözəliyindən danışırsız? 14 ildir ki, parlamentdəsiz, bu günə qədər Bakının gözəlləşdirilməsi üçün hansı qanun lahiyyəsini irəli sürmüsüz? Bu yaxınlarda Xətaidə ağacların qırılması barədə məsələ ortaya çıxmışdı. Rasim müəllim, doğma Bakımızın gözəlliyinə bundan çox ziyan vurmaq olardımı? Deputatsız, sizin sözünüz daha kəsərli olardı. Niyə bu hadisə ilə bağlı heç olmasa bir açıqlama vermədiniz? Həmin yeniyetməyə yaxınlaşıb sual verdinizmi ki, "Ay bala, axı sənin məktəbə gedən vaxtındı, niyə burda durub "şəhərimizi çirkləndirirsən". Yəqin ki, heç kim ehtiyacı olmasa səhərdən axşamacan orda durub camaata qarğıdalı satmazdı. Deyirsiz ki, qanunsuzdu orda alverlə məşğul olmaq...Çox güman ki, yeniyetmə alverə müvafiq dövlət qurumlarının icazəsi olmadan o işlə məşğul olmur. Rasim bəy, bu günə qədər aztəminatlı ailələrlə bağlı bu 14 ilin ərzində 1 dəfə də olsun məsələ qaldırmısız? Hər şey bir yana, yeniyetmənin ailə vəziyyəti çox pisdi. Deyirsiz ki, məni tənqid edənləri öz vicdanı ilə baş-başa qoyuram. Heç vicdanınız sizə o ailə indi hansı vəziyyətdədir deyə sual verirmi?” Ekspert Milli Məslisin bu dönəminin fəaliyyətinin çox tez bitməsini arzu edib: “Bu parlamentlə islahatları sonacan çatdırmaq mümkün deyil. Tam fərqli bir parlamentə keçid etməliyik. İmkan olan şəxslərə müraciət edirəm, xaiş edirəm o ailənin sosial rifahının düzəlməsi, uşaqların məktəbə göndərilməsi üçün köməklik göstərin. Allah hər kəsin yardımcısı olsun və hər kəsin ürəyinə görə versin. Ramazan bayramında bu cür işlər görmək isə sadəcə və sadəcə milli-mənəvi dəyərlərə hörmətsizlikdi”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 188