Bakıda ailəli bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı - TƏFƏRRÜAT

Bakıda ailəli bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı - TƏFƏRRÜAT

Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədovun apellasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

7News.Az Ölkə.az-a istinadənxəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun birinci instansiya məhkəməsinin qərarından verdiyi protestə baxılıb.

Hakim Rizvan Səfərovun elan etdiyi qərarə əsasən prokurorun protesti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanıb.

İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

7News.Az

Hadisə xəbərləri
7news.az digər xəbərlər
“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

“Yol Nişan” şirkətinin direktoru yol nişanlarını oğurladığına görə saxlanıldı

09-05-2019 20:59 - 7news.az - Hadisə
Aprelin 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7NEWS.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoruŞamxal QurbanovtanışlarıBəxtiyar Umudov, Elşad MənəfovvəElgün Salahovlaqabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə, ümumilikdə, 6,4 min manata yaxın maddi ziyan vurublar.


Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.