Bakıda avtobus sürücüləri arasında dava düşüb

Bakıda avtobus sürücüləri arasında dava düşüb

Bakıda avtobus sürücüləri arasında dava düşüb. Onları sərnişinlər sakitləşdirib. Davaya səbəb isə sürücülərdən birinin digərinin vaxtına girməsi olub.

Xezerxeber.az-ın məlumatına görə, avtobus sürücüləri əvvəlcə mübahisə edib, daha sonra isə mübahisə davaya çevrilib.

Məlum olub ki, davanın baş verməsinə sürücülərdən birinin digərinin vaxtına girməsi səbəb olub.

Dava edən sürücüləri sonda sərnişinlər sakitləşdirib.

Görüntülər sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Araşdırma zamanı məlum oldu ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, 55 saylı avtobus sürücülərinin arasında baş verib.

Sözügedən xəttin dispetçeri Şahin Əliyev bildirdi ki, artıq həmin sürücülər müəyyən edilib və daşıyıcı şirkət tərəfindən cəzalandırılıb.

Şahin Əliyev əlavə etdi ki, digər sürücülərə də öz hərəkət qrafiklərinə əməl etmək barədə tapşırıqlar verilib. Belə hallara yol verən sürücülərə güzəşt edilməyəcək.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.

Hadisə xəbərləri
Cia.az digər xəbərlər