Bakıda azyaşlı övladları olan ər-arvada – Şok cəza


Bakıda dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra çıxış edən prokuror Emil Babayevin 9 il, Ellada Babayevanın isə il 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror qeyd edib ki, hər iki təqsirləndirilən şəxsin himayəsində onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladları var.

O, Ellada Babayevanın hazırda hamilə olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasını təklif edib.

Qeyd edib ki, uşaqların hər iki valideynin qayğısından məhrum olması cəza hümaniziminə ziddir.

Prokuror Ellada Babayevanın cəzasını çəkməsinin 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınmasını təklif edib.

Daha sonra zərərçəkmişlər çıxış ediblər. Həmin şəxslər onlara dəymiş ziyanın ödənilməsini, hər ikisinə də eyni cəzanın verilməsini tələb ediblər.

İttihama görə, Emil Babayevlə Ellada Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.

Zərərçəkmişlər turzim şirkətlərinin nümayəndələridir.

Ellada Babayeva və Emil Babayev onlardan iş görmək, səyahətlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar.

Lakin sonradan ödənişlər geri qaytarılmayıb.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər