Bakıda bəzi marşrut avtobuslarının hərəkətində dəyişiklik ediləcək - SİYAHI

Bakıda bəzi marşrut avtobuslarının hərəkətində dəyişiklik ediləcək - SİYAHI

Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, aprelin 27-dən 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

İqtisadiyyat xəbərləri
Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir

26-04-2019 20:36 - Xeberle.com - İqtisadiyyat


Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 26-da keçirilən iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Adıçəkilən qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsilə real rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
 Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.
Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:07 - Azertag.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxtı işarə edir)Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı 16:0019:50J2-076İstanbul (IST)-Bakı 16:3020:15J2-9683/9684Kiyev(IEV)-Bakı(Buta Airways) 16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilibJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilibJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilibJ2-255Bakı-NaxçıvanReys ləğv edilibJ2-254Naxçıvan- BakıReys ləğv edilib30 may (yerli vaxt göstərilib)Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00 J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilib uçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilibJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilibJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilibJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-251Bakı-NaxçıvanReys ləğv edilibJ2-258Naxçıvan-BakıReys ləğv edilibSadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Unikal.org digər xəbərlər