Bakıda bu marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI

Bakıda bu marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir -  SİYAHI

20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat AgentliyindənMetbuat.az-a verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Yavər Əliyev , Bakı Nəqliyyat Agentliyi , Bakı Xəbərləri Class , Sabunçu
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər