Bakıda bu ünvanda aparılan qanunsuz tikinti dayandırıldı

Bakıda bu ünvanda aparılan qanunsuz tikinti dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.

Komitədən Publika.az-a verilən məlumata görə, 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının “Azenne Group” MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmamış və həmin binanın tikintisinə icazə verilməyib.

Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.

“Azenne Group” MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir. Ötən müddət ərzində Komitənin mütəxəssisləri tərəfindən sözügedən MMC-nin nümayəndələri ilə layihənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılmış, zəruri tövsiyyələr verilib. Bununla belə, qeyd olunan ünvanda Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verən tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bugünədək təqdim olunmayıb.

Buna baxmayaraq, cari ilin aprel ayında Süleyman Vəzirov küçəsi, 17 ünvanında yaşayan sakinlərin sözügedən ərazidə tikinti işlərinin yenidən bərpa olunması ilə bağlı təkrar kollektiv müraciəti Komitəyə daxil olub. Müraciət yerində araşdırıldıqdan və bu fakt təsdiqini tapdıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması məqsədilə dərhal zəruri tədbirlər görülüb. Eyni zamanda, gələcəkdə həmin ərazidə hər hansı qeyri-qanuni tikinti işlərinin aparılması cəhdlərinin qarşısını almaq məqsədilə bu barədə yerli icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, habelə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla yanaşı, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən həmin sakinlərlə görüş keçirilmiş və qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə onlara təşəkkür bildirilib. Sakinlərin diqqətinə çatdırılmışdır ki, bu ərazidə tikinti layihəsinin yerinə yetirilməsi ilə bağlı gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni müraciət daxil olacağı təqdirdə həmin layihə şəhərsalma qanunvericiliyi ilə müəyyən olunan norma və tələblər çərçivəsində dəyərləndiriləcək, qonşuluqda yaşayan insanların hüquq və mənafeləri nəzərə alınacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Açar sözlər
Süleyman Vəzirov , Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi , Bakı Şəhər Icra Hakimiyyəti , Bakı Şəhər Memarlıq Və Şəhərsalma Baş Idarəsi , Fövqəladə Hallar Nazirliyi , Xətai , Azərbaycan Respublikası , Bakı
İqtisadiyyat xəbərləri
Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur


 
 
 
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, “Peşə təhsili haqqında” qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
MilliYol.
Publika.az digər xəbərlər