Bakıda beynəlxalq yarışa start verilib

Bakıda beynəlxalq yarışa start verilib

Mötəbər cüdo turnirinə mayın 12-sində yekun vurulacaq

BAKI, 10 may — Sputnik. Bu gün Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının (ACF) kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyub.

ACF-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Beynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda© ACF-nın mətbuat xidmətiBeynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda© ACF-nın mətbuat xidmətiBeynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda© ACF-nın mətbuat xidməti1 / 3

Onu da diqqətə çatdıraq ki, mayın 10-da Heydər Əliyev adına İdman Sarayında "Böyük Dəbilqə" beynəlxalq turnirinə start verilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə mayın 12-də yekun vurulacaq.

İdman xəbərləri
Sputnik.az digər xəbərlər