Bakıda daha bir ərazidə ağaclar məhv edildi - FOTOLAR

Bakıda daha bir ərazidə ağaclar məhv edildi - FOTOLAR
09 May 2019 [22:30]

Bakıda "Gülüstan" sarayı ətrafında inşaatçılar onlarla çoxillik iynəyarpaqlı ağacı kəsib.


Saray təmir edilir, fəhlələr binanın damını döşəyir. Yerdə divarların yanında ağac gövdələri var, ekskavatorun eşdiyi torpaqdan kötüklər çıxır. Ekskavator "Gülüstan"ın yaxınlığında ağaclardan təmizlənmiş torpağa dirəklər yerləşdirir.


Kompleksə gedən yol bağlanıb, qapılarda inşaat işlərinin aparıldığı haqqında yazı var.


Bayramla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağac kəsiminin qanuniliyi haqqında məlumat almaq mümkün olmayıb.


"Gülüstan" sarayı Bakıda, zirvəsində Şəhidlər Xiyabanı yerləşən dağın yamacında yerləşən, çoxməqsədli böyük restoran zalı olan ictimai binadır. Saray 1980-ci ildə açılıb, 1998-ci ildə yeniləmə işləri aparılıb/Turan


Hadisə xəbərləri
Mia.az digər xəbərlər