Bakıda dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başladı

Bakıda dələduzluq edən türkiyəli iş adamının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb. İttihama görə, MTK-nın sahibi türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Virtualaz.org

Açar sözlər
Bakı Şəhər Icra Hakimiyyəti , Bakı Ağır Cinayətlər Məhkəməsi , Türkiyə , Bakı , Xocalı
Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər