Bakıda "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir

ADA Universitetində "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda ikinci beynəlxalq konfrans başlayıb.

ONA-nın məlumatına görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılışda iştirak edən Aİ-nin Azərbaycandakı nümayəndəsinin müavini Denis Daniilidis bildirib ki, son günlərYeni Zelandiyanin Kraystçörç şəhərində və Şri-Lankada baş verən hadisələr onu göstərdiki, dini radikalizmlə mübarizə hələ də başa çatmayıb. Tədbirdə Kraystçörçdə və Şri-Lankada həyatınıitirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışında qeyd edib ki, multikultural dəyərlərin təbliği Azərbaycanın yürütdüyü siyasətdə öz yerini tapıb: "Azərbaycanda 32 dini icma fəaliyyət göstərir. Ölkəmizdə dini və vicdan azadlığı mövcuddur".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə səfəri təşkil edilib. O həmçinin mayın əvvəlində Bakıda "İmagine" tolerantlıq festivalının keçiriləcəyini xatırladıb və bu tədbirin də müxtəlifliyə və tolerantlığa töhfə verəcəyini bildirib.

Konfrans sabah başa çatacaq.

Açar sözlər
Mübariz Qurbanlı , Avropa Ittifaqı , Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi , Ada Universiteti , Azərbaycan , Bakı , Şri-Lanka , Brüssel , Zelandiya
Siyasət xəbərləri
Ona.az digər xəbərlər