Bakıda ev yandı 1 qadın öldü

Bakıda ev yandı  1 qadın öldü

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Ibrahimova Vali , Bakı Xəbərləri Class , Fövqəladə Hallar Nazirliyi , Bakı , Nizami
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər