Bakıda evdən 28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakıda evdən 28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Saxlanılarkən axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən də əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisə xəbərləri
Report.az digər xəbərlər
UEFA son 10 ildə danışılmış oyunlara görə 2 erməni hakimi cəzalandırıb - SİYAHI

UEFA son 10 ildə danışılmış oyunlara görə 2 erməni hakimi cəzalandırıb - SİYAHI

13-02-2019 15:12 - Report.az - İdman
İş Qərar İl “Pobeda”, Makedoniya Klub: UEFA yarışlarından 8 illik kənarlaşdırma Klub prezidenti: Ömürlük diskvalifikasiya 2009 Tomislav Şetka, xorvatiyalı yan xətt hakimi 1,5 illik diskvalifikasiya 2010 Novo Paniç, bosniya və herseqovinalı referi Ömürlük diskvalifikasiya 2010 Oleq Orexov, ukraynalı referi Ömürlük diskvalifikasiya 2010 Vukaşin Poleksiç, monteneqrolu sabiq qapıçı 1,5 illik diskvalifikasiya 2010 “Olimpiakos”, Yunanıstan UEFA yarışlarından 1 illik kənarlaşdırma 2011 “Siqma”, Çexiya UEFA yarışlarından 1 illik kənarlaşdırma 2012 Kevin Sammut, maltalı sabiq futbolçu Ömürlük diskvalifikasiya 2012 “Fənərbağça”, Türkiyə UEFA yarışlarından 2 illik kənarlaşdırma 2013 “Beşiktaş”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2013 “Metallist”, Ukrayna UEFA yarışlarından 1 illik kənarlaşdırma 2013 Vasile Munqiu, Moldovanın “Aneniy-Noy” futbol məktəbinin əməkdaşı Ömürlük diskvalifikasiya 2013 Andranik Arsenyan və Ovannes Avaqyan, ermənistanlı referi və yan xəttə hakimi Hər ikisi ömürlük diskvalifikasiya 2013 “Eskişehirspor”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2014 “Sivasspor”, Türkiyə UEFA yarışlarından 1 illik kənarlaşdırma 2014 “Skenderbeu”, Albaniya UEFA yarışlarından 1 illik kənarlaşdırma 2016 Lyük Montebello, maltalı futbolçu 1 illik diskvalifikasiya 2018 Rayan Kamendzuli, maltalı futbolçu 1,5 illik diskvalifikasiya 2018 Llueuelin Kremona, maltalı futbolçu 1 illik diskvalifikasiya 2018 Samir Arab, maltalı futbolçu 1,5 illik diskvalifikasiya 2018 Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi apellyasiya verilən işlərdən yalnız birində UEFA-nın qərarını dəyişib.