Bakıda evdən 80 yaşlı qadının meyiti tapılıb

Paytaxtın Suraxanı rayonunda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Çukayeva Liliya Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Açar sözlər
Fövqəladə Hallar Nazirliyi
, Bakı
, Suraxanı
, Lil