Bakıda F1 pilotlarının avtoqraf sessiyası keçirilib

Bakıda F1 pilotlarının avtoqraf sessiyası keçirilib

Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda pilotların avtoqraf sessiyası keçirilib. SİA-nın məlumatına görə, sessiya Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunub.

Birinci sessiyada “Red Bull Racing”, “Ferrai” və “Renault” komandalarının pilotları azarkeşlərlə görüşüb, onlara avtoqraf veriblər.

Növbəti avtoqraf sessiyaları aprelin 27-də və 28-də baş tutacaq. Aprelin 27-də “Racing Point”, “Alfa Romeo” və “Mercedes”, ertəsi günü isə “Williams”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyalarında iştirak edəcəklər.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər