Bakıda fəhlə bir binadan digərinə keçmək istəyən fəhlə yıxıldı

Bakıda fəhlə bir binadan digərinə keçmək istəyən fəhlə yıxıldı

Bakıda fəhlə binadan yıxılıb.


AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.


Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.


Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər