Bakıda fərdi yaşayış evində partlayış

Bakıda fərdi yaşayış evində partlayış

Paytaxtın Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub.

Virtualaz.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər