Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası olub

Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası olub

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı bulvarda fan-zonada Formula 1 pilotlarının avtoqraf sessiyası keçirilib.

Milli.Az xəbər verir ki, ilk sessiyada azarkeşlər "Red bull Racing", "Ferrari" və "Renault" komandalarının pilotları ilə görüşüb avtoqraf ala biliblər.

Qeyd edək ki, avtoqraf sessiyaları aprelin 27-si və 28-də də olacaq. Azarkeşlər sabah "Racing Point", "Alfa Romeo" və "Mercedes", aprelin 28-də isə "Williams", "McLaren", "Haas F1" və "Toro Rosso" komandalarının pilotları ilə görüşmək və kumirlərindən xatirə imza ala bilmək imkanı qazanacaqlar.

İlkin İzzət
Milli.Az

İdman xəbərləri
Milli.az digər xəbərlər